BİZNES

02 Sentyabr

"Rusiyada kömür böhranı: 23 müəssisə bağlandı, 129 şirkət dövlət dəstəyi gözləyir"

Finss.az xəbər verir ki, Rusiyanın kömür sənayesində böhran dərinləşir. Dövlət katibi və energetika nazirinin müavini Dmitri İslamovun sözlərinə görə, hazırda 53 müəssisə “qırmızı zona”da olsa da, onlardan 23-ü artıq fəaliyyətini dayandırıb. Əsas zərbə Kuzbass regionuna dəyib.

Ümumilikdə 129 kömür mədəni və şaxta dövlət dəstəyinə müraciət edib. Maliyyə Nazirliyinin hazırladığı qərar layihəsinə əsasən, şirkətlərə vergi və sığorta ödənişlərini 2025-ci ilin noyabrın 30-dək təxirə salmaq imkanı veriləcək.